Mayın 27-si saat 11:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı ünvanlanan 2 min 402 müraciət operativ şəkildə cavablandırılıb.
Daxil olan müraciətlərdən 417-si məktəblərdə fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərində, 390-ı onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 1377-si sistemin “Əlaqə” bölməsində, 218-i isə telefon vasitəsilə cavablandırılıb.
Qeyd edək ki, alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada (vatsap nömrələr vasitəsilə) təşkil olunur.
Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin vatsap müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.
Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.
Valideynlər digər bütün hallarla bağlı www.mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Qeyd edək ki, paytaxt məktəblərinin birinci sinfinə 43 min 310 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Tehsil-press.az