Məktəbəhazırlıq qruplarında təhsil alan 94 mindən artıq şagird birinci sinifə yerləşdirilib

Məktəbəhazırlıq qruplarında təhsil alan 94 mindən artıq şagird birinci sinifə yerləşdirilib Bu gün birinci siniflərə qəbul prosesinə start verildi.
Bu barədə Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir:
"Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib. Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz: https://baku.edu.gov.az/az/page/9/5548".

Tehsil-press.az


Oxşar xəbərlər