Xankəndidəki bu foto erməniləri narahat etdi

Xankəndidəki bu foto erməniləri narahat etdi Sosial şəbəkədə Azərbaycanın Xankəndi şəhərində məscidin istifadəyə verilməsi ilə bağlı məlumat paylaşılıb.
Bu barədə erməni jurnalist Bella Lalayan öz feysbuk hesabında məlumat verib.
Məscidin fotosunu da yayımlayan Lalayanın sözügedən paylaşımı sosial şəbəkənin erməni seqmentində ciddi rezonans yaradıb.
Feysbuk istifadəçiləri məscidin Rusiyanın sülhməramlı kontingentində xidmət göstərən müsəlman hərbçilər, xüsusilə dağıstanlılar üçün nəzərdə tutulduğunu və Xankəndi Hava Limanının yaxınlığında yerləşdiyini qeyd ediblər.
Xatırladaq ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər