Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Bu gün, 12 noyabrda Rusiya sülhməramlı kontingetinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşkəs və hərbi əməliyyatların dayandırılması haqda əldə olunmuş razılaşmaya nəzarət etmək üçün tapşırıqların yerinə yetirilməsinə başlayıb. Atəşkəs rejimi bütün təmas xətti boyunca müşahidə olunur”, - deyə Konaşenkov bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ və Laçın dəhlizindəki bütün təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib. Onlardan 4-ü “Cənub” məsul zonasındadır.
“Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizi və Laçın yolunun bir hissəsi – Lısoqorski sovxozunu müvəqqəti 6 müşahidə postu quraraq nəzarətə götürüb”, - deyə Rusiya MN nümayəndəsi əlavə edib.
Tehsil-press.az