Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Vladimir Putin fransalı həmkarına Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsi və orada Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi barədə danışıb.
“Vladimir Putin Rusiya tərəfinin qan tökülməsinin qarşısını almağa və yeni qurbanlardan qaçmağa imkan verən fəal vasitəçilik səyləri, həmçinin, Rusiya sülhməramlı kontingentinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi barədə məlumat verib. Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin noyabrın 9-da imzaladığı bəyanatın yerinə yetirildiyi, bütövlükdə regionda vəziyyətin sabitləşdiyi qeyd olunub”, - məlumatda deyilir.
Bundan başqa, liderlər Dağlıq Qarabağda qaçqınların daimi yaşayış yerlərinə qayıtması, əhalinin normal həyat fəaliyyəti üçün şəraitin təmin olunması, infrastrukturun bərpası, xristian məbədlərinin və monastırlarının qorunması ilə bağlı təxirəsalınmaz humanitar məsələlərin həll edilməsinin vacibliyini vurğulayıblar.
Tehsil-press.az