Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin bir qrup əməkdaşı Qətər rəqəmsal təlim sammitində iştirak edib.
İkigünlük virtual təlimdə iştirakçılar pandemiya dövründə təhsil sahəsinin təkmilləşdirilməsi, davamlı gələcək üçün elektron tədrisin maksimum səviyyəyə çatdırılması ilə bağlı müxtəlif təhsil müəssisələri və təşkilatların qarşılaşdığı həlledici məsələləri, təhsil sektorunun inkişafı üçün rəqəmsal təhsil sənayesinin əsas maraqlı tərəflərini və yenilikləri öyrəniblər. Təlim iştirakçıları, həmçinin elektron tədris mütəxəssisləri ilə əlaqə qurmaq və yüksək profilli iş nümunələri təqdim edən sənaye liderlərindən son məlumatları almaq imkanı qazanıblar.
Tehsil-press.az