Rəqəmsal təhsil üçün ən yaxşı universitetlər
Dünyada səngimək bilməyən koronavirus pandemiyası ayrı-ayrı ölkələrdə ali təhsil sistemləri qarşısında ciddi çağırışlar qoyub. Pandemiya dövründə tədrisin fasiləsizliyinin təmin olunması universitetlər üçün həyati əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu vəzifə ali təhsil sistemində tədris resurslarına, səriştə və bacarıqlara yeniş baxış tələb edir. İndiki şəraitdə rəqəmsal və texniki bacarıqlar universitetlər və məzunlar arasında yüksək qiymətləndirilir.
Texnologiya və informatika dünyada ən sürətli inkişaf edən sahələrdən biridir və hər ay yeni rollar və iş yerləri yaradılır. Rəqəmsal bacarıqlara texnologiyalarla əlaqəli olmayan şirkətlərdə də böyük tələbat var, buna görə də texnologiya və ya rəqəmsal texnologiyalar sahəsində elmi dərəcə almaq tələbələr üçün həmişə ağıllı seçimdir.
Fransanın “Emerging” konsaltinq şirkəti tərəfindən tərtib edilən və eksklüziv olaraq Böyük Britaniyanın “Times Higher Education” nəşri tərəfindən yayımlanan yeni reytinq hansı universitetlərin rəqəmsal texnologiya sahəsində tədris və təlimdə lider hesab olunduğunu araşdırır. Tədqiqat həmçinin tələbələrə texniki bacarıqların, sahibkarlığın təşviqi sahəsində hansı universitetlərin daha yaxşı təcrübəyə malik olduğunu öyrənməyə imkan verir.
Reytinq ötən il keçirilən iki sorğu nəticəsində toplanmış məlumatlar əsasında tərtib edilib. 3400 iştirakçı arasında şirkət, startap rəhbərləri və rəqəmsal texnologiyalar sahəsində gənc mütəxəssislər olub. İştirakçılardan 1000 universitetdən altı rəqəmsal və texniki kateqoriyada uğur qazanmış 10 ali məktəbə səs vermələri istənilib. Əlavə məlumatlar "Crunchbase" tərəfindən təqdim edilib.
Reytinqin ilk 10-luğunda Amerika universitetləri təmsil olunur. Onların arasında iki Böyük Britaniya universiteti (Oksford Universiteti və Kembric Universiteti) də yer alıb. Buna baxmayaraq, Hindistan, Avstraliya və Braziliya universitetləri də 150 ən yaxşı ali təhsil müəssisələri arasında yüksək göstəricilər nümayiş etdirirlər.
“Rəqəmsal liderlər” reytinqində rəqəmsal sahibkarlığı təşviq etmək üçün ən yaxşı müəssisələrin cədvəli də var. Məlumatlarda həmçinin texniki ixtisas tələbələri üçün hansı şəhərlərin yaxşı seçim olduğunu, texniki ali məktəblərin məzunlarının və texniki məsələlər üzrə qadın menecerlərin ən yüksək faizinin hansı şəhərlərdə olması da öz əksini tapıb.
Təqdim olunan cədvəldə rəqəmsal təhsil üçün ən yaxşı universitetlərin tam siyahısı ilə tanış olmaq olar.
Tehsil-press.az