Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ixtisaslaşdırma təlimi keçirilib.
təlimdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura səviyyəsində oxuyan tələbələr və təhsil sahəsindən yazan media nümayəndələri iştirak ediblər.
Təlimdə startap ekosistem təmsilçisi Məmməd Kərim “Rəqəmsal media: yeni trendlər” və telejurnalist Xəyal Tağıyev “İxtisaslaşmış jurnalistika: müasir mediada onun yeri” mövzularında çıxış ediblər.
Məmməd Kərim diqqətə çatdırıb ki, rəqəmsallaşma həyatın bütün aspektlərini əhatə edir, rəqəmsal media üzərindən auditoriya toplamaq imkanları daha böyükdür. İndi internet “məlumat daşıyıcısı” anlayışını tamamilə dəyişib və demək olar ki, hər kəs onlayn kanallar vasitəsilə məlumat ötürür. Zamanla vərdişlər də dəyişir. Məmməd Kərimin fikrincə, müasir dövrdə startap layihələrinə yatırılan sərmayənin yarısı rəqəmsal mediaya xərclənir.
Daha sonra çıxış edən Xəyal Tağıyev təlim iştirakçıları ilə öz təcrübəsini bölüşüb. Xəyal Tağıyev jurnalistikanın qaydalarından, jurnalist peşəkarlığından və ixtisaslaşmış jurnalistikanın əhəmiyyətindən danışıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az