UNEC-də korporativ təlimlərə start verildi: rəqəmsal marketinq sertifikat proqramı

UNEC-də korporativ təlimlərə start verildi: rəqəmsal marketinq sertifikat proqramı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əmək bazarının və korporativ sektorun təlim ehtiyaclarını dəyərləndirərək spesifik sertifikat proqramına start verib.
Bu istiqamətdə ilk təlim UNEC-in Karyera Mərkəzinin direktoru, rəqəmsal marketinq üzrə feysbuk və quql tərəfindən rəsmi akkreditasiya olunmuş mütəxəssis Ramil Cabbarov tərəfindən keçirilib. İki ay davam edəcək 48 saatlıq praktiki proqram beynəlxalq təcrübə əsasında hazırlanıb və sıfırdan peşəkar səviyyəyə qədər 24-dən çox mövzunu əhatə edir.
İlk təlimə qoşulan 15 dinləyici Azərbaycanın nüfuzlu şirkətlərinin marketinq mütəxəssisləri, reklam agentliklərinin nümayəndələri, dövlət qurumlarının əməkdaşları, eləcə də bu istiqamətdə karyera qurmaq istəyən məzunlardan ibarətdir.
Sertifikat proqramını uğurla bitirən dinləyicilər rəqəmsal marketinqdə hədəfləmə, ölçmələr, quql-feysbuk-instaqram reklamları, re-marketinq texnikaları, quql analitik, axtarış sistemləri optimizasiyası kimi mövzularda peşəkar biliklərə sahib olacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər