Dünya şöhrətli alim Rafiq Əliyevin müsahibəsini təqdim edirik:
- Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağa, Ağdama getmisinizmi?
- Yox, getməmişəm. Mənəvi istək çoxdur gedim, amma hələ ki, qanunlar buna imkan vermir.
- Qarabağ, Ağdam deyəndə hislərinizi, yaşadığınız duyğuları öyrənmək istəyirik...
- Ağdam mənim qibləgahımdır. Vətən doğulduğun komadan başlayır. Dövlət sənin ailəndən başlayır. Əgər ailə institutu yoxdursa, dövlət yoxdur. Əgər sənin koman yoxdursa, sənin vətənin yoxdur, vətəndə qəribsən. Mənim Ağdam haqqında hislərim həmişə belə olub. Oxuyanda deyirlər, Ağdam toy otağıdır. Yox, elə deyil. Ağdamdan bir Xudu Məmmədov bəsdir. Ağdamdan Famil Mehdi, Şahmar Əkbərzadə, Ziyəddin Göyüşov çıxıb.
- Rafiq Əliyev çıxıb.
- (Gülür) Yox, yox. Saymaqla qurtaran deyil, elm adamları, nə qədər generallar çıxıb. Kimsə nə vaxtsa deyib ki, Ağdamdan ancaq oxuyanlar çıxır, elə deyil. Ən çox Milli Qəhrəman və ən çox şəhid verən rayondur. Ağdamı tək oxuyanlar kimi qələmə vermək olmaz.
- Rafiq müəllim, Vətən müharibəsi, şəhidlərimiz, qazilərimiz, müharibə dövründə insanlarımızın birliyi, 30 illik həsrətə son qoyulması... Hansı hisləri, duyğuları yaşadınız?
- Birinci Qarabağ müharibəsi vaxtında Ağdama getmişdim. Rəhmətlik Murtuzayev (Sadıq Murtuzayev – 1980-1988-ci illərdə Ağdam rayon Partiya Komitəsinin birinci katibi olub – red.) bizi Xıdırlı kəndinə apardı. Deməli 12-13 yaşlarında bir uşağın anası iflic idi, həmin uşaq gedirdi erməni kəndi ilə Xıdırlı kəndinin arasında növbə çəkirdi ki, birdən erməni gələr, kəndə girər. Getdik evə baxdıq, ev köhnə bir koma idi. Tam mübaliğəsiz qəbul edin, səhəri gün getdim, Xıdırlı kəndinin camaatı həmin o uşağa görə orda iki mərtəbəli ev tikmişdi. O vaxt da birlik var idi. Mən Vətən müharibəsini zəka müharibəsi adlandırıram. Burda həm təbii zəka var idi, həm də süni zəka. Təbii zəka o idi ki, masa arxasında strategiya çox düz seçilmişdi. Süni zəka isə, İsrail dronları, Bayraktar o vaxt yox idi. Çox şükürlər olsun ki, zəka müharibəsində torpaqlarımız işğaldan azad olundu. Şükür eləmək istəyirəm ki, hər şey axıra çatsın.
- Sizcə, bu problem birdəfəlik həll olundu?
- Mən sözümü dedim axı, hər şey axıra çatsın. Dünya qarışır. Bilirsiz, istək başqa şeydi, reallıq başqa şeydi. Sual verdiniz ki, “birdəfəlik həll oldu?”, elə bilirsiz, axıra çatmaq asan məsələ idi? Yox. Gəlin Allaha şükürlər edək ki, axıra çatsın.
- Bunun üçün nə lazımdır?
- Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin: “Axı dünya fırlanır”. Mən bəzi sözləri bəzən ezop dilində deyirəm. Bilmirəm oxuculara aydındı, yoxsa yox.
- Torpaqlarımız işğaldan azad olundu, indi bizim nəyimiz çatmır?
- Problemimiz, Xocalı, Xankəndi… Gəlin belə danışaq, tam deməyək, çünki belə arxayınlaşmamalıyıq. Qarşıda bizi çox məsələlər gözləyir.
- Bugünlərdə xəstəxana rəhbərləri rüşvət alma iddiaları ilə həbs olundular. Səhiyyəmizlə bağlı fikirlərinizi bilmək istərdik.
- Mən əvvəllər də demişəm, yenə deyirəm, mənim ümidim, siz gənclərədir, sabahadır. Yadınıza gəlirsə xarici universitetlərə tələbə göndərilməsi proqramı var idi, sonra bağlandı. Onda bir yazı yazmışdım, tutaq ki, müəllim, mühəndis və s. lazım deyil. Heç olmasa 10 minlərlə gəncimizi tibb sahəsində dünya universitetlərinə, klinikalarına göndərmək lazımdır. Onlar 10-15 ildən sonra qayıdıb gələcəklər və düzələcək. Getmədilər, göndərmədik, gərək göndərəydik. Hər şeyi kadr həll edir.
Məsələn, bizim çox yaxşı klinikalarımız var. Kim işləyir oralarda? Əgər vaxtilə tibb sahəsində dünyaya tələbələrimizi göndərsəydik… Müəyyən bir hissə getdilər, oxudular. Müxtəlif burslarla, müxtəlif kanallarla getdilər. Estetik cərrahiyə, uzaq başı ürək cərrahiyəsi, ya burun, qulaq, boğaz həkimliyi oxumaq üçün getdilər. Bir nəfər virusoloq getdi? Yox. Bunların hamısını planla həll etmək lazım idi. Axı tibbin bütün sahələri var. Estetik cərrahiyəyə niyə gedirik? Nədənsə bunun qarşısında dura bilmirik, bilmirəm niyə dura bilmirik. Yəni artıq burda acizəm. Niyə dura bilmirik? Bilmirəm. Bildiniz də nəyin qarşısında?..
- Ziyalılar Birliyi var idi, necə oldu o birliyin axırı?
- İmkan vermədilər Ziyalılar Birliyi olsun. Çox qəribə sual verdiniz, maraqlıdır, bu sualı mənə verməmişdilər. Ziyalılar Birliyinin dediyi nə idi? Basqılar da nəyin üstündə olurdu? Biz orda 6-7 problem müzakirə etmişdik. Ən birinci problem – rüşvət, korrupsiya idi. Onda bizə izah etməyə çalışırdılar ki, Azərbaycanda rüşvət, korrupsiya yoxdur. Orda Ramiz Rövşən idi, Rüstəm İbrahimbəyov idi – ağıllı adamlardı, bizim heç bir umacağımız yox idi. Amma sonra gördünüz ki, Azərbaycanın ən böyük bəlası rüşvət oldu. O iclası mən aparmışdım. İkincisi – milli birlik idi. İndi dəmir yumruq deyirik də ona. Özü də bilirsiz Ziyalılar Birliyi nəyə oxşayırdı? Onu sovet hökuməti zorla yaradırdı. Məsələn, Yazıçılar İttifaqı, dünyada belə bir şey yoxdur. Bunu sovet hökuməti yaradırdı ki, cəmiyyətlə dövlət arasında bufer olsun. Yəni bir-birilərinə sözlərini deyə bilsinlər.
Məsələn, biri milli birlik, burda belə bir ideologiya var idi: kim bizdən deyilsə, bizim düşmənimizdir. Niyə? Mən yazmışdım, YAP deyir ki, Müsavat bizim düşmənimizdir, Müsavat deyir YAP bizim düşmənimizdir. Müsavatda da, YAP-da da ləyaqətli adamlar var. Bir-birilərinə simsardırlar, yaxındırlar. Niyə düşmən olmalıdırlar? Biz bunu deyirdik ki, milli birlik lazımdır. Necə ki, indi xalq, dövlət, ictimai həyat birlikdə oldu. Bir dəfə də təhsil məsələsini qaldırmışdıq. Azərbaycanın bir nömrəli məsələsi orta məktəb məsələsidir. Hələ universitetləri demirəm, çünki universitet onun üstündə qurulur.
- Dünya tezliklə koronavirusa qalib gələ biləcəkmi?
- Biz yaxın vaxtlarda koronavirusa qalib gələ bilməyəcəyik. Baxmayaraq ki, atom bombası, hidrogen bombası var, Bayraktar var, hər cür silahlar var, onun birini buna atmaq olmur. Bununla yaşamalıyıq biz. Qalib gəlmək yox, ondan nəticə çıxarmaq lazımdır. Onda biz yeni sivilizasiyaya keçə bilərik. Yəni belə yaşamaq olmaz.
- Virus Çindən yayıldı, amma indi Çində yoxdur. Necə yayıldı, necə qalib gəldi Çin? Bunu bütün dünyada tətbiq etmək olmazmı?
- Bu günə kimi bu məsələ mübahisəlidir ki, virus hardan çıxıb. Keçən il çıxışım oldu. Bu gün də həmin fikirdə qalıram. Bu Çində laboratoriyadan çıxan bir virusdur. Bu qəsdən olan bir şey deyil, bu bioloji silah deyil. Bu laboratoriyada təhlükəsizliyin pozulmasıdır. Bu cür laboratoriyalarda protokollar olur. Neçə adam orada işləyirsə hamısı üçün ayrıca protokollar yazılır. O protokollar pozulub. Mənim fikrim belədir ki, bu belədir. Özü də Çin laboratoriyanı ABŞ-la birgə yaratmışdı. O vaxtkı ABŞ prezidenti Barak Obama bunun ABŞ-da olmasını istəmədi, Çində etdilər. Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəm, qeyri-səlis deyəcəm: Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da. Mən qorxutmaq istəmirəm, ola bilər ki, mətbuatda getməsin bu hissə. Rəqəm də deyə bilərdim, amma deməyəcəyəm. Bunu bədahətən demirəm, dünya alimlərinin fikirləri var. Biz bununla yaşamağı öyrənməliyik. Bir neçə il gedəcək.
- Bir neçə il 5 illikdir, 10 illikdir?
- Sual verməyin (gülür).
- Vaksin vurdurmusuz?
- Yox. Vaksinin zərəri yoxdur. Başa düşmək lazımdır ki, 100 faizlik vaksin yoxdur.
- Müsahibələrinizin birində "Mən Allahsız alim tanımıram" fikri ölkədə müzakirələrə səbəb oldu. Həmin vaxtlarda sosial şəbəkələrdə buna reaksiya verən xeyli yazı-pozu adamları oldu. Necə düşünürsüz sizcə niyə bu fikrə bu qədər reaksiya verildi?
- Fəlsəfə İnstitutu 7-8 dəfə xahiş etdi ki, onlarda bir seminar keçirim. AMEA-nın prezidenti Akademik Mahmud Kərimov idi. Necə Zadə inşallah sözünü çox işlədirdi, mən də Tanrı, Allah sözlərini çox işlədirəm. Çıxışdan sonra Mahmud Kərimov dedi, “Sağ olsun Rafiq müəllim çıxış etdi, amma Allahın elmə nə dəxli var?”. Dedim ki, belə bir yazı var (Mən Allahsız alim tanımıram - yazısı) onu oxuyun. Başqa heç nə demədim.
Camaat belə düşünür ki, Allahın elmə nə dəxli var? Bəlkə də belə düşünənlər nadanlardır. Dünyada elə şeylər var ki, onların tərifi yoxdur. Məsələn, həndəsədə nöqtənin tərifi yoxdur, bu aksiomdur. Allahın da tərifi yoxdur.
ABŞ-ın üçüncü prezidenti andiçmə vaxtı qəribə bir ifadə işlədib. Cümləsi belədir: “Bütün kainatı idarə edən səlahiyyət sahibi yardımçınız olsun”. Yəni bu kainatı, aləmləri idarə edən var. Aləmlər var, aləmləri idarə edən var. Ən böyük nizam aləmləri idarə edənin qoyduğu nizamdır.
Bir dəfə yazımda qeyd etmişdim, təkrar olsa da yenə də deyirəm. 20-25 il optimallaşdırma (yəni seçimlərinin və alternativlərinin olduğu zaman onların içindən ən yaxşısını seçə bilmək) məsələsi ilə məşğul olmuşam. Əsasən riyazi üsullardan istifadə edirdik. Düz 20 ildən sonra başa düşdük ki, Allah belə eləmir. Allah optimallaşdıranda nə törəmə alır, nə qradiyent alır, təbii seçim edir. İndi bütün dünya optimallaşdırmaya qayıtdı. Allahın seçimi - ordan götürmək lazımdır.
İnsanın beynində 10-un üstü 14 hüceyrə var. Eynşteyn onun ancaq 10-12 faizini istifadə edirdi. Elə adam var ki, cəmi iki hüceyrəsini istifadə edir. Bir trilyon neyronlardan komputerlərdə ancaq 100-200-500-nü istifadə edə bilirik. Amma Allah gör nə yaradıb?! Ehtiyatda gör nə qədər saxlayıb?! Nəyə gətirirəm sözümü, bu gün elmin işi Allahın yaratdıqlarını nəzərə alıb elmi inkişaf etdirməkdir. Mən belə düşünürəm.
Tehsil-press.az