Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib.
Nazirlər Kabinetinin 167 №-li Qərarının izahını təqdim edirik:
Dəyişikliklərə əsasən:
1) Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək. Bunndan əvvəl Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar.
2) Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.
3) Bundan sonra Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:
1. yaşı 18-dən yuxarı sərnişinləri - yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
2. 1-18 yaş arasında sərnişinləri - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə:
uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
4) Bundan başqa, Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağalar ləğv edilir.
Tehsil-press.az