İdman zallarında maska taxacağıq?

İdman zallarında maska taxacağıq? İdman zallarında tibbi maskadan istifadə tələb olunmayacaq.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.
Qeyd olunub ki, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.
Xatırladaq ki, idman zalları iyunun 10-dan fəaliyyətini bərpa edir.

Tehsil-press.az



Oxşar xəbərlər