Yunanıstan beynəlxalq uçuşlara qoyulan qadağanı uzatdı

Yunanıstan beynəlxalq uçuşlara qoyulan qadağanı uzatdı Yunanıstan daxili aviareyslərə qoyulan məhdudiyyəti 12 aprel, beynəlxalq uçuşlara qoyulan qadağanı isə 19 aprel tarixinədək uzadıb.
Buna səbəb koronavirusa yoluxma sayında müşahidə edilən artımdır. Yunanıstana gələn sərnişinlər COVİD-19 testindən keçməli və neqativ nəticəni təsdiq edən sənəd təqdim etməlidir. Bütün xarici sərnişinlər uçuşdan sonra 7 gün karantinə alınacaq. İstisna yalnız vaksin vurduran İsrail vətəndaşlarına aid ediləcək.
Belə ki, iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən, uçuşdan 2 həftə əvvələdək peyvənd olunan şəxslər Yunanıstana gələrkən karantinə alınmayacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər