Futbol üzrə Avropa çempionatı başlayır - İtaliya - Türkiyə

Futbol üzrə Avropa çempionatı başlayır - İtaliya - Türkiyə Bu gün futbol üzrə Avropa çempionatı start götürəcək.
Turnirin açılış oyunu Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq. Niderland Futbol İttifaqından Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa çempionatı
A qrupu, I tur
23:00. İtaliya - Türkiyə
Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)
Dördüncü hakim: Stefani Frappar (Fransa)
Roma, "Olimpiko" stadionu.
Qeyd edək ki, Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər