Bakı Ali Neft Məktəbində (BANM) VII BANM Futbol Çempionatının final oyunu keçirilib. Çempionatda 16 komanda iştirak edib və qrup mərhələsindən 8 komanda növbəti mərhələyə adlayıb. Onların da öz aralarında püşkatma üsulu ilə 4/1 , 2/1 və final oyunları oynanıldı. “Hangover” və “Gədəbəy” komandaları arasında keçirilən final oyunu 2-5 hesabı ilə “Gədəbəyin” xeyrinə yekunlaşdı. Sonda I və II yerlərin sahibləri müvafiq olaraq qızıl və gümüş medallarla və I yerin sahibi kubok ilə mükafatlandırılıb.
BANM-nin Mətbuat Xidməti