“Mina xəritələrinin əldə olunması Prezidentin diplomatik uğurudur”

“Mina xəritələrinin əldə olunması Prezidentin diplomatik uğurudur” "44 günlük Vətən müharibəsində Azərbaycan zəfər çaldı, ərazi bütövlüyünü bərpa etdi. Ancaq bizim qarşılaşdığımız növbəti problem Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə basdırılmış minaların xəritələrinin təqdim edilməməsi oldu".
Bunu açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
O bildirib ki, Ermənistan 10 noyabr sazişinə sadiq qalmayaraq, mina xəritələrinin Azərbaycana təqdim edilməsindən boyun qaçırdı:
"Bunun nəticəsində onlarla Azərbaycan vətəndaşı yaralandı, həlak oldu. Bildiyiniz kimi, ötən dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyev bütün görüşlərində beynəlxalq təşkilatlar və dövlət rəsmiləri qarşısında məhz bu problemi qaldırdı. Ermənistana təzyiq edilməsiylə əlaqədar olaraq onlara müraciət etdi. Ermənistan tərəfindən Ağdam rayonu ərazisində basdırılan tank və piyada əleyihinə minaların xəritələrinin Azərbaycana təhvil verilməsiylə bağlı əldə edilmiş razılıq Azərbaycan Prezidentinin növbəti diplomatik uğurudur. Bunun nəticəsində həm Ağdamda basdırılmış minalaları asanlıqla təmizləyəcəyik, həm vətəndaşlarımızın həyatını xilas edəcəyik, həm də dövlət milyonlarla vəsaitə qənaət etmiş olacaq. Əks təqdirdə minaların təmizlənməsi uzun müddət tələb edirdi.
Ümumilikdə ABŞ və Avropa İttifaqının təzyiqləri nəticəsində əldə edilmiş bu uğur cənab Prezidentin növbəti diplmatik uğurudur. Ümid edirik ki, cənab Prezident tərəfindən həyata keçirilən bu siyasət tezliklə digər bölgələrimizdə basdırılmış minaların xəritələrinin əldə etməsinə müsbət nəticələrini verəcək. Tezliklə Ermənistan reallığı qəbul edəcək, Azərbaycanın gücünü və bizim diqtə edən tərəf olduğumuzu anlayacaqlar. Azərbaycan sərhədlərini tanıyacaqlar. Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar və tezliklə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Ermənistan da öz öhdəliyini yerinə yetirəcək. Xəritələrin əldə olunması ilə bağlı cənab Prezidentə təşəkkür edirəm və Qarabağa tezliklə qayıdışa hamılıqla şahid olmağı arzu edirəm".

Tehsil-press.az

Oxşar xəbərlər