Belçika 1/8 finalda!

Belçika 1/8 finalda! Futbol üzrə Avropa çempionatı davam edir.
B qrupun lideri Belçika Danimarka ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, belçikalılar əzmkar qələbəyə sevinib - 2:1.
Bununla da Belçika xallarının sayını 6-ya yüksəldərək 1/8 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, günün son matçında Niderland və Avstriya milliləri qarşılaşacaq.
AÇ-2020
17 iyun
B qrupu
Danimarka – Belçika 1:2
Qol: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71.
Baş hakim: Byörn Kuypers (Niderland).
Kopenhagen. Parken stadionu.

Tehsil-press.az

Oxşar xəbərlər