Ankarada Belçika səfirliyinin önündə etiraz aksiyası keçirilib

Ankarada Belçika səfirliyinin önündə etiraz aksiyası keçirilib Ankarada Belçika səfirliyinin önündə etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, aksiya iştirakçıları Brüsselin Türkiyəyə qarşı siyasətinə etirazlarını bildiriblər.

Aksiyada minə yaxın etirazçı iştirak edib. Bir gün əvvəl isə Almaniya səfirliyi qarşısında aksiya keçirilmişdi. Bu aksiya zamanı Almaniyanın terror təşkilatlarına qarşı ikili standartlar tətbiq etməsi pislənmişdi. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya və Belçika başda olmaqla bir sıra Qərb ölkələrini PKK terror təşkilatına dəstək göstərməkdə təqsirləndirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər