Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif edilənlər arasında 4 general da var:
Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant
Zaur Sabir oğlu Cavanşir – general-mayor
Vasif Ramiz oğlu Kazımov – general-mayor
İlqar Zakir oğlu Lətifov – general-mayor.
Prezidentin imzaladığı digər sərəncamlarla isə general-leytenant Əfqan Vəli oğlu Nağıyev, general-leytenant Heydər Kamal oğlu Piriyev, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Vasif Ramiz oğlu Kazımov "Füzulinin azad olunmasına görə", general-leytenant Araz Məmməd oğlu Məmmədov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər