Qeyri-adi avtobus dayanacağı

Qeyri-adi avtobus dayanacağı Tayvanın “CHU Studio” studiyasının memarlarının layihəsi əsasında ölkənin ən yaxşı universitetlərindən olan Milli Chiao Tung Universitetinin yaxınlığında maraqlı avtobus dayanacağı quraşdırılıb.
NCTU adlanan avtobus dayanacağında aydın şəkildə işarələnmiş oturacaqlar yoxdur. İctimai nəqliyyatı yalnız oturarkən deyil, uzananda da gözləmək olar.
Bundan başqa, dayanacağın damı abadlaşdırılıb. Hər kəs sərbəst şəkildə damda gəzə, ağacların altında dincələ, eləcə də idman tədbirlərinə baxa bilər.

Tehsil-press.az



Oxşar xəbərlər