Avstraliyada pişiklərin evdən çıxması qadağan edilir

Avstraliyada pişiklərin evdən çıxması qadağan edilir Avstraliyanın Melburn şəhərinin şərqindəki bir bölgədə ev pişiklərinin çölə çıxmasına qadağa qoyulur.
Şəhərin Noks bölgəsində oktyabrın 1-dən başlayacaq küçəyə çıxmaq yasağının pişikləri və vəhşi həyatı qorumaq məqsədi daşıdığı bildirilib.
Evdən ilk dəfə çıxan pişiklər üçün sahibləri 91 dollar cərimələnəcək, sonrakı pozuntular üçün isə 545 dollar cəza nəzərdə tutulub.
Bildirilib ki, yerli administrasiya bölgədə qeydiyyatda olan yeddi min ev pişiyinin avara gəzməməli olduğunu bildirib, pişiklərin evin həyətində gəzməsinə icazə olduğunu qeyd ediblər.
Vurğulanıb ki, pişiklər quşlar, kiçik məməlilər və kərtənkələləri “ortadan qaldırır”.

Tehsil-press.az



Oxşar xəbərlər