Əfqanıstanda silahlı hücumda 11 hərbçi öldü

Əfqanıstanda silahlı hücumda 11 hərbçi öldü “Taliban” silahlıları Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Çeşt bölgəsində silahlı hücum həyata keçiriblər.
Bu haqda məlumatı jurnalistlərə Çeşt bölgəsinin yerli administrasiyasının rəhbəri Rahmuddin Serverzey verib.
Onun sözlərinə görə, silahlı şəxslər hücumu Taqab-Qaza adlı ərazidə yerləşən hərbi nəzarət məntəqəsinə ediblər. Hücum zamanı 11 hərbçi həlak olub, 5 nəfər isə yaralanıb.
Hücum nəticəsində baş verən atışma zamanı “Taliban” silahlılarından 10 döyüşçü öldürülüb, digər 5-i isə yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər