Əfqanıstanda 130-dan çox talibançı öldürülüb

Əfqanıstanda 130-dan çox talibançı öldürülüb Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 135 döyüşçüsü öldürülüb.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına deyilir.
Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.
Məlumata görə, ümumilikdə 135 talibançı öldürülüb, 92-si yaralanıb.
Təhlükəsizlik qüvvələri, həmçinin yolun kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirilib.
“Taliban” hələ məlumatı şərh etməyib.

Tehsil-press.az

Oxşar xəbərlər