Əfqanıstanın Nanqahar əyalətində silahlılar Milli Radio və Televiziya (NRT) binasına hücum ediblər.
Təhsil-press.az-ın verdiyi məlumata görə, hücum nəticəsində 6 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
"NRT-nin 4 əməkdaşı və 2 hərbçi həlak olublar", - əyalətin polis rəisi Əbdül Rəhman Rəhimi bildirib.
Məlumatda deyilir ki, 4 saat davam edən atışmadan sonra, polislər 2 silahlını öldürüb, birini isə sağ ələ keçiriblər.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Təhsil-press.az