BDU-nun məzunları müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə göstəriblər

BDU-nun məzunları müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə göstəriblər Bakı Dövlət Universitetinin (BDU) məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında bu il də yüksək nəticə göstəriblər.
Universitetin Fizika fakültəsinin məzunu Arzu Quliyeva müəllimlərin işə qəbulu imtahanında 59 bal toplayaraq ölkə birincisi olub. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu Sevinc Yaqubova qeyd edilən imtahanda topladığı 58 balla informatika fənni üzrə ölkə birincisidir.
Xatırladaq ki, namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.

Tehsil-press.az


Oxşar xəbərlər