ADPU-nun məzunu müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə edib

ADPU-nun məzunu müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə edib Xəbər verildiyi kimi, iyulun 9-da ölkəmizdə fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məzun, koordinasiya və karyera bölməsindən aldığımız məlumata görə, fizika fənni üzrə test imtahanında iştirak edən ADPU-nun məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib. Məlumat üçün onu da qeyd edək ki, Günay Məstəliyeva 2011-2015-ci illərdə ADPU-nun Fizika və texnologiya fakültəsində “Fizika müəllimliyi” ixtisası üzrə ali təhsil alıb.
Biz də bu böyük uğuru münasibətilə Günay Məstəliyevanı ürəkdən təbrik edir və ona gələcək pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər