Kotdivuarda ağır qəza: 23 ölü, 34 yaralı

Kotdivuarda ağır qəza: 23 ölü, 34 yaralı Kotdivuarun cənubunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Mikroavtobus və yük maşını arasında toqquşma Abican şəhərindən 100 kilometr şimalda baş verib.
Xəsarət alan 34 nəfərdən 16-sı, o cümlədən 5 uşaq hospitalizə edilib. Böyüklərdən üçü komadadır.
Hadisə şahidlərinin sözlərinə görə, qəza mikroavtobusun təkərinin partlaması səbəbindən baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər