Ağır qəza - 5 ölü, 2 yaralı

Ağır qəza - 5 ölü, 2 yaralı Rusiyanın Zabaykalye diyarında ağır yol qəza hadisəsi baş verib.
Hadisə Çita-Zabaykalsk magistralında Çin sərhədi yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, qəza zamanı “Toyota Mark” markalı avtomobil ilə “SsangYong Istana” mikroavtobusu toqquşub. Nəticədə 5 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
İlkin ehtimala görə, qəza “Toyota” sürücüsünün ötmə əməliyyatı zamanı qarşı zolağa çıxması səbəbindən baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər