Davamlı hıçqırıq səbəbiylə San-Paulo şəhərindəki xəstəxanaya yerləşdirilən Braziliya prezidenti Jair Bolsonaro vəziyyəti ilə bağlı paylaşım edib.
“Allah qoysa, tezliklə görüşərik”, - deyə o, “Twitter”dəki hesabından xalqına müraciət edib.
Qeyd edək ki, dövlət başçısı artıq ikinci həftədir ki, hıçqırıqdan əziyyət çəkir. Bildirilir ki, hər şey qəfildən – təxminən 10 gün əvvəl həyata keçirilən stomotoloji əməliyyatdan sonra başlayıb. O vaxtdan bəri, 66 yaşlı Bolsonaro davamlı olaraq hıçqırır.
Həkimlərin sözlərinə görə, vəziyyət gülməli görünsə də, əslində olduqca ciddidir, tibb işçiləri dövlət başçısında bağırsaq keçilməzliyi olmasından şübhələnirlər. Buna görə də, prezident əlavə müayinələrdən keçməli və bəlkə də təcili əməliyyat olunmalıdır.
Tehsil-press.az