Bolsonarunun son vəziyyəti açıqlandı

Bolsonarunun son vəziyyəti açıqlandı Çərşənbə günü bağırsaq keçməzliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş Braziliya Prezidenti Jair Bolsonarunun klinik vəziyyəti yaxşılaşır, amma siyasətçi həkimlərin nəzarəti altında xəstəxanada qalacaq.
Bu barədə klinikanın məlumat bülletenində deyilir.
“Prezidetn Jair Bolsonaru San-Pauluda xəstəxanada qalmaqda davam edir, klinik mənzərənin yaxşılaşması müşahidə olunur. Bununla əlaqədar olaraq, nazoqastral zond çıxarılıb, sabah [təbii] qidalanmanın bərpası planlaşdırılır. Evə yazılmasına dair proqnozlar yoxdur”, - tibb işçiləri bildirib.
Xatırladaq ki, Bolsonarunun səhhəti ilə bağlı problemlər hələ seçkiqabağı kampaniya zamanı başlayıb. 2018-ci ilin payızında tərəfdarları qarşısında çıxışının gedişində naməlum şəxs ona hücum edərək, qarnına bıçaq zərbəsi vurub. Bolsonaru dörd dəfə əməliyyat olunub.
Ötən ilin iyulunda isə koronavirusa yoluxan Braziliya Prezidenti üç həftə karantində qalıb. Bolsonaru ötən ilin sentyabrında böyrək daşının çıxarılması üçün əməliyyat edilib.

Tehsil-press.az

Oxşar xəbərlər