Dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 610 milyonu ötüb.
Hazırda Çin 1 milyard 440 milyon doza ilə dünya ölkələri arasında liderliyini davam etdirir. Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 399 milyon 700 min doza, ABŞ-da 336 milyon 60 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (121 milyon 710 min), Almaniya (85 milyon 620 min), Böyük Britaniya (81 milyon 700 min), Yaponiya (66 milyon 180 min), Fransa (63 milyon 170 min), Türkiyə (62 milyon 578 min) və İtaliya (60 milyon 570 min) yer alıb.
Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının sayına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb (164,44 doza). Bu göstərici üzrə ilk onluğa, həmçinin Malta (162,71), Seyşel Adaları (141,98), İslandiya (136,68), San-Marino (132,74), Bəhreyn (131,07), Uruqvay (129,71), Çili (126,85), İsrail (126,70) və Qətər (121,40) daxildir.
İndiyədək dünyanın 24 ölkəsində əhali sayından çox vaksin dozası vurulub.
Tehsil-press.az