Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon nəfəri ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon nəfəri ötüb Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 4 milyon nəfəri ötüb.
İyulun 5-də dünya üzrə 339 min nəfər koronavirusa yoluxub, 6 min 217 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Bununla da koronavirus qurbanlarının ümumi sayı 4 milyon 519 nəfərə çatıb.
Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 184 milyon 941 mindən çox yoluxma halı qeydə alınıb. Eyni zamanda, 169 milyon 316 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 11 milyon 624 min xəstədən 77 min 799 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 34 milyon 598 min nəfəri keçib, 621 min 335 nəfər vəfat edib, 29 milyon 111 mindən çox insan isə sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 30 milyon 619 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 403 min 310 nəfər ölüb, sağalanların sayı isə 29 milyon 752 min nəfərə çatıb.
Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 18 milyon 792 min nəfər virusa yoluxub, onlardan 525 min 229 nəfər həyatını itirib.
Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər