Özbəkistanda COVID-19 virusuna qarşı kütləvi vaksinasiya başlanan gündən - aprelin 1-dən bu günədək 24 min nəfər peyvənd olunub.
Bu haqda Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, aprelin 1-də 5018, 2-də 9211 nəfər peyvənd edilib.
Vurğulanır ki, vaksin birinci növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulur.
Məlumatda qeyd edilir ki, Özbəkistana vaksin üzrə qlobal COVAX proqramı vasitəsilə 660 min doza “AstraZeneca”, Özbəkistanın da həmmüəllifi olduğu 1 milyon doza ZF-UZ-VAK2001 vaksini gətirilib və ölkədə peyvənd üçün hələlik bu vaksinlərdən istifadə edilir.
Məlumatda bildirilir ki, bu ilin sonunadək 4 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.
Tehsil-press.az