Almaniyada daşqınlarda ölənlərin sayı 176-ya çatdı

Almaniyada daşqınlarda ölənlərin sayı 176-ya çatdı Almaniyada şiddətli yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 176-ya çatıb.
Almaniya Meteorologiya Dairəsi selin təsirinə məruz qalan bölgələrdə həftəsonu şiddətli yağışların yağacağı ilə bağlı xəbərdarlıq edib.
Ən çox təsirə məruz qalan vilayətlər Reynlənd-Pfalz, Şimali Reyn Vestfaliya və Bavariyadır.
Reynlənd-Pfalzda ölənlərin sayı 128-ə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir.
155 nəfərin axtarışları davam edir, ancaq onların sağ xilas edilməsi ilə bağlı ümidlər olduqca azdır.
Ölənlərdən 62 nəfərinin kimlikləri müəyyənləşdirilib. 766 nəfər yaralı olaraq xəstəxanalara yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər