Ölənlərin sayı 37-yə çatdı - Yenilənib

Ölənlərin sayı 37-yə çatdı - Yenilənib Dekabrın 31-də Rusiyanın Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Həlak olanlardan biri azyaşlıdır.
Dağıntılar altında 30 nəfər qalıb. Onların sağ qalıb-qalmaması haqda hələ ki, məlumat yoxdur.
Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.
***
Hadisə nəticəsində ölən şəxslərin sayı artıq 19 nəfərə yüksəlib.
“Dağıntılar altından iki uşaqla bir qadın cəsədi çıxarılıb”, - deyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.
***
Dağıntılar altından daha bir kişinin meyiti çıxarılıb. Bununla da, ölənlərin sayı 20 nəfərə çatıb.
Hazırda 21 nəfərin taleyindən xəbər yoxdur.
***
Dağıntılar altından daha 4 nəfərin cəsədini çıxarıblar. Bununla da, hadisə qurbanlarının sayı 24 nəfərə çatıb.
17 nəfərin sağ qalıb-qalmaması haqqında informasiya yoxdur.
***
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər