Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralı var.
Tehsil-press.az xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib. "Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", — deyə məlumatda bildirilir. Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ baş verib.
Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 23:58-də qeydə alınıb. Zəlzələnin episentri Pedernales yaşayış məskənindən 14 kilometr şimal qərbdə qeydə alınıb. Zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
"Reyter" agentliyinə ölkənin vitse-prezidenti Xorxe Qlasa istinadən yaydığı son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb. O həmçinin bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur. Xatırladaq ki, seysmik zonada yerləşən Ekvadorda güclü zəlzələlər tez-tez baş verir. Məsələn 2014-cü ildə 5,1 bal gücündə zəlzələ baş vermiş, nəticədə 5 nəfər ölmüş, 18 nəfər yaralanmışdı.
tehsil-press.az