Dövlət qulluğu üzrə müsahibədə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə üstünlük veriləcək

Dövlət qulluğu üzrə müsahibədə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə üstünlük veriləcək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından təyinat aparılarkən daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda isə ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər