Dövlət qulluğu üzrə ümumi müsahibəyə sənəd qəbulu davam edir

Dövlət qulluğu üzrə ümumi müsahibəyə sənəd qəbulu davam edir Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı davam edir. Ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır.
Yanvarın 5-nə olan məlumata əsasən, 7 nəfər qeydiyyatdan keçib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-dək saat 18.00-a qədər DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.

DİM-in Mətbuat Xidməti



Oxşar xəbərlər