İsraildə karantin yenidən sərtləşdirildi

İsraildə karantin yenidən sərtləşdirildi İsraildə koronavirusa yoluxmaların artması səbəbindən tədbirlərin bir qismi yenidən qüvvəyə minib.
Bu gündən etibarən qapalı və ya açıq məkanlarda keçirilən tədbirlərə giriş üçün “yaşıl keçid sistemi”nin tətbiqinə başlanılıb.
Bu sistemə görə, tədbirlərə qatılmaq istəyənlərin vaksin sertifikatı, COVID-19-dan sağaldığını göstərən sənədi və ya son 72 saat ərzində verilmiş mənfi nəticəli PCR testi cavabı olmalıdır.
Bundan başqa, açıq və ya qapalı məkanlarda 100 nəfərdən çox şəxsin qatıldığı tədbirlərdə maska taxmaq məcburidir.
Nazirliklər əməkdaşların 50 faizi ilə işləyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər