İsraildə koronavirusun ikinci dalğası başladı

İsraildə koronavirusun ikinci dalğası başladı İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.
Bu barədə İsrail Müdafiə Ordusunun (TSAHAL) hərbi kəşfiyyat idarəsi yanında Covid-19-la mübarizə milli informasiya mərkəzinin hesabatında deyilir.
Məlumata görə, epidemiyanın artması iyulda minlərlə yeni yoluxma, yüzlərlə ölüm hadisəsinin yaranmasına səbəb olacaq.
“Yeni dalğa birinci dalğadan bəzi xüsusiyyətlərinə görə fərqlənəcək, ancaq o qədər də ciddi olmayacaq. Hazırkı yoluxmanın artması potensial olaraq yenidən ümumi karantin rejiminin tətbiqini zəruri edir.”, - deyə mərkəzin məlumatında bildirilir.
TSAHAL və Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadəyə və profilaktik tədbirlərə laqeyd yanaşmasından narahatlığını bildirib.
Son günlər İsraildə sutkalıq yoluxma 200-300 arasında dəyişir. Mayda bu rəqəm 20 olub.
Qeyd edək ki, İsraildə 21 min 8 nəfər koronavirusa yoluxub, 307 nəfər dünyasını dəyişib. 15 min 761 nəfər isə xəstəliyə qalib gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər