Məşhur türkiyəli aktrisa dünyasını dəyişdi

Məşhur türkiyəli aktrisa dünyasını dəyişdi Son olaraq “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında “Hayriye Çakırbeyli” obrazını canlandıran məşhur türkiyəli aktrisa Sabina Toziya 75 yaşında dünyasını dəyişib.
Bu barədə serialın ssenaristi Bahadır Özdener instaqramda bildirib.
“Allahdan anamıza rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, S. Toziya 1946-cı il aprelin 17-də Makedoniyanın Skopye (Üsküb) şəhərində anadan olub. “Muhteşem Yüzyıl” serialında “Afife Hatun” obrazını canlandırıb. Toziya, həmçinin “Bal Kaymak” və “Annemin Yarası” adlı filmlərdə də rol alıb. Sənətkar 2021-ci ildə beynindəki şiş səbəbiylə qismən iflic olub və bu səbəbdən “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından ayrılıb.

Tehsil-press.az



Oxşar xəbərlər