“Küləklə sovrulanlar”ın 104 yaşlı ulduzu dünyasını dəyişdi

“Küləklə sovrulanlar”ın 104 yaşlı ulduzu dünyasını dəyişdi “Küləklə sovrulanlar” filminin məşhur aktrisası, iki dəfə “Oskar” mükafatçısı olmuş ingilis-amerikalı aktrisa Oliviya de Hevillend 104 yaşında dünyasını dəyişib.
Bu barədə “TMZ” nəşri məlumat yayıb. Aktrisa Parisdəki evində vəfat edib.
Oliviya de Hevillend “Robin Qudun macəraları”, “Küləklə sovrulanlar”, “Varis”, “Sakit, sakit, əzizim Şarlotta” filmləri ilə məşhurdur. Onu Hollivud kinematoqrafiyasının “qızıl erası”nın yaşayan sonuncu aktrisası hesab edirdilər.
O.Hevillend 2 dəfə “Qızıl Qlobus” mükafatına da layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər