Türkiyənin tanınmış tarixçisi dünyasını dəyişdi

Türkiyənin tanınmış tarixçisi dünyasını dəyişdi Tarixi araşdırmaları ilə məşhur olan türkiyəli alim Mehmet Genç 87 yaşında dünyasını dəyişib.
Tarixçi-alim il yarımdır ağciyər xərçəngindən müalicə olunurdu. O, xəstəxanada vəfat edib.
Mehmet Gençin ölümü ilə əlaqədar Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın başda olmaqla, nazirlər və siyasi xadimlər başsağlığı veriblər.
Qeyd edək ki, Mehmet Gençin Osmanlı dövrünün iqtisadiyyat tarixinə aid araşdırmaları ingilis, ərəb, yunan, fransız və bir çox başqa dillərə tərcümə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər