Azərbaycan Dövlət İqtisad Universiteti: UDİD proqramına sənəd qəbulu başa çatıb

Azərbaycan Dövlət İqtisad Universiteti: UDİD proqramına sənəd qəbulu başa çatıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına sənəd qəbulu başa çatıb. Proqrama UNEC-də bakalavriat səviyyəsində təhsil alan tələbələr müraciət ediblər.
Sənədlər maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları üzrə qəbul olunub. Tədris Azərbaycan, türk, rus və ingilis dillərində aparılacaq.
Ayrı-ayrı fənlər üzrə göstəriciləri 71-100 bal arasında olan tələbələr proqram üzrə müraciət ediblər.
Proqramda iştirak ödənişlidir. UDİD ixtisası üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqı əsasən fənlərin kredit sayına uyğun olaraq müəyyənləşdirilir. 700 bal toplayaraq UNEC-ə qəbul olanlar 100 faiz ödənişdən azad edilir. 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olanlar 50 faiz ödənişdən azad edilir. Təhsil müddəti 4 ildir.

Tehsil-press.az

Oxşar xəbərlər