UNEC-də ixtisas üzrə Minor təhsil proqramına qəbul davam edir

UNEC-də ixtisas üzrə Minor təhsil proqramına qəbul davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ixtisas üzrə Minor təhsil proqramına qəbul iyulun 15-dək davam edəcək.
Proqramın məqsədi tələbələrə əsas ixtisas proqramlarında olmayan fənlər üzrə əlavə kreditlər qazandırmaq, əlavə təhsil almaları üçün maraq göstərdikləri digər bir ixtisas üzrə müvafiq sertifikatlar əldə etmələrinə şərait yaratmaqdır. Tələbə eyni ixtisas qrupunda 4, fərqli ixtisas qrupları arasında isə 5 fənni dinləyə bilər. Əyani təhsil alan tələbələr proqrama 3-cü semestrdən tez və 5-ci semestrdən gec, qiyabi tələbələr isə 3-cü semestrdən tez və 6-cı semestrdən gec olmayaraq müraciət edə bilərlər.
Proqramda kredit borcu olmayan tələbələr iştirak edə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər