Baydenlə Conson Əfqanıstanı müzakirə etdi

Baydenlə Conson Əfqanıstanı müzakirə etdi Böyük Britaniya Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Birləşmiş Krallığın hökumət başçısının dəftərxanası məlumat yayıb.
“Baş nazir və Prezident Bayden Əfqanıstanda humanitar böhranın qarşısının alınması üçün beynəlxalq birliyin birgə səylərinin zəruriliyi ilə razılaşdılar. Baş nazir regiona göstərilən humanitar yardımın həcminin artırılması və qaçqınların köçürülməsi planlarını açıqladı”, - sənəddə deyilir.
Baş nazir dəftərxanasında onu da qeyd edirlər ki, liderlər Kabildən xaricilərin və Qərb koalisiyasına kömək edən əfqan vətəndaşlarının təxliyə olunmasında iki ölkə arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
“Baş nazir vurğulayıb ki, Əfqanıstanda son 20 ildə əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq, bizi yaranmış terror təhlükəsindən qorumaq, həmçinin Əfqanıstan xalqını dəstəkləmək indi çox vacibdir”, - məlumatda deyilir.
Conson və Bayden, həmçinin “G7” liderlərinin yaxın günlərdə keçiriləcək virtual görüşündə Əfqanıstandakı vəziyyəti ətraflı müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər