Əfqanıstandakı vəziyyəti müzakirə etdilər

Əfqanıstandakı vəziyyəti müzakirə etdilər ABŞ müdafiə naziri Lloyd Ostin və Pakistan Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında telefon danışığı olub. Tərəflər digər məsələlərlə yanaşı, Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.
Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin yazılı bəyanatında deyilir.
“Nazir Ostin və general Bacva Əfqanıstandakı mövcud vəziyyəti, regional təhlükəsizliyi və sabitliyi, eləcə də müdafiə sahəsində ikitərəfli münasibətlərin daha geniş məsələlərini müzakirə ediblər”, - mətndə qeyd olunur.
Bazar ertəsi Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirmişdi ki, Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət arzuolunmaz şəkildə inkişaf edir və narahatlıq yaradır, bununla yanaşı, “Taliban” radikal hərəkatının yaraqlıları hücum templərini artırırlar.

Tehsil-press.az

Oxşar xəbərlər