Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin OSTİM Texniki Universitetinin (OSTİMTech) tələbələri üçün birgə tədris planı üzrə menecment və sənaye mühəndisliyi proqramı hazırlanır.
Yeni proqram universitetlər arasında imzalanmış menecment və sənaye mühəndisliyi ixtisası üzrə birgə bakalavr təhsili və tədrisinin təşkili haqqında protokola əsasən yaradılır. Əsas məqsəd bu proqrama qoşulan tələbələrin keyfiyyətli təhsil almalarıdır.
Texniki Universitetin tələbələri birgə proqramda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında müəyyən edilmiş lazımi balı toplamalı, həmçinin OSTİMTech-in əcnəbi tələbə qəbulu üzrə tələbini yerinə yetirməlidir.
Qeyd edək ki, proqramın müddəti 4 ildir. Birgə bakalavr proqramını müvəffəqiyyətlə bitirən hər bir tələbə menecment və sənaye mühəndisliyi ixtisası üzrə AzTU və OSTİMTech-in diplomuna sahib ola biləcək.
Tehsil-press.az