Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN əməkdaşlarını mükafatlandırdı

Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN əməkdaşlarını mükafatlandırdı Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Sərəncam verib.
Sərəncamda deyilir:
- Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Tehsil-press.az

Oxşar xəbərlər