23 minə yaxın təhsil işçisi vaksin olunub

23 minə yaxın təhsil işçisi vaksin olunub “Bakı şəhərinin 37 məktəbi 90 faizdən yuxarı vaksinasiyadan keçib”.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, ölkə əhalisinin peyvəndlənməsində təhsil işçiləri fəal iştirak edirlər:
“Bakı şəhərinin xüsusən Pirallahı, Sabunçu, Yasamal və digər rayonları da daxil olmaqla, ümumilikdə 7 rayonu vaksinasiyada fəal iştirak edir. 37 məktəbimiz 90 faizdən yuxarı vaksinasiyadan keçib. Təhsil nazirinin də iştirakı ilə vaksinasiya ilə bağlı yaradılan 10 məntəqənin rəhbəri “Təşəkkürnamə” ilə təltif olunub. Bu sağlam tədris naminə çox önəmlidir”.
M. Vəliyeva əlavə edib ki, Bakı üzrə 35 mindən artıq təhsil işçisindən 22 686 nəfərə hər iki doza vaksin tətbiq olunub.

Tehsil-press.az



Oxşar xəbərlər